Bağlamaq üçün ESC-i vurun

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti

Araşdırma Layihəsi

Iustitia est honore, dignitate, et veritatis.

Layihənin məqsədi nədir?

Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan və azərbaycanlı hüquq tələbələrinin hüquqi araşdırma bacarıqlarının inkişafına şərait yaratmaq məqsədi daşıyan layihədir.

İstiqamətlər

Hüquqi araşdırma hüquqi yazı prosesinin ilkin mərhələlərindən biri olub tədqiqat sualı ilə əlaqəli hüquq ədəbiyyatının araşdırılması, eləcə də müvafiq hüquq normasının seçilərək tətbiq edilməsi nəticəsində tədqiqat sualının cavablandırılmasıdır. Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi vasitəsilə tələbələr bu müstəvidə bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

Hüquqi araşdırma və təhlilin nəticələrini yenilik, qeyri-aşkarlıq, aydınlıq və məntiqilik kriteriyaları əsasında yazıda əks etdirmək hüquqi yazının əsasını təşkil edir. Həmçinin hüquqi yazı informasiyanı oxucuya sadə, məntiqi və əsaslandırılmış şəkildə düzgün çatdırmalıdır. Bu baxımdan hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirmək Layihənin bir digər məqsədini təşkil edir.

Analitik düşüncə fərdin qarşılaşdığı problemləri tez və təsirli şəkildə həll etməsini təmin edən düşüncə metodudur. Layihə vasitəsilə bu bacarıqlarını inkişaf etdirən tələbələr kompleks mövzuları asan idarə olunan hissələrə ayıraraq effektiv araşdırma apara bilir. Eləcə də bu bacarıq onlara tənqidi yanaşma, hüquqi arqumentləri düzgün qiymətləndirmə kimi digər faydalı xüsusiyyətlər aşılayır.

Bloq

© 2014-2023 Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti.