Haqqında

Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi (Juniors Legal Scholars Research Assistant Program) Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

Layihənin əsas məqsədi tələbələrin akademik hüquqi araşdırma və yazı bacarıqlarının inkişafına, elmi-hüquqi fəaliyyətinin genişləndirilməsinə, eləcə də müvafiq hüquq sahəsi üzrə nəzəri biliklərinin artırılmasına yönəlmişdir.

Bundan başqa, Layihənin aşağıdakı üstünlükləri mövcuddur:
– tələbələrin yüksək reytinqli xarici hüquq məktəblərinə qəbul olmaq şansını artırır;
– universitet mühitində tələbə-müəllim əlaqələrini möhkəmləndirərək akademik rəqabət mühiti yaradır;
– hüquq tələbələrinin və müəllimlərinin qarşılıqlı əməkdaşlığını təmin edir;
– müvafiq hüquq sahəsi üzrə universitetdə tədris olunandan əlavə biliklərə yiyələnməyə şərait yaradır.

Layihəyə qoşulmaq istəyən tələbələr Müraciət səhifəsinə keçid edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı tələbələr əməkdaşlıq etmək istədikləri müəllimləri virtual olaraq seçə bilərlər. Əlavə olaraq qeyd edək ki, saytda Layihə ilə əməkdaşlıq edən müəllimlər barədə qısa bioqrafik məlumat da öz əksini tapmışdır.

Layihənin Əsasnaməsindən proqramın iş prosesi barədə ətraflı məlumat ala bilərsiniz.