Alimlər
BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəzdində Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi aşağıda qeyd olunan həm yerli, həm də xarici hüquq alimləri və tədqiqatçıları ilə əməkdaşlıq edir.
Yerli tərəfdaşlar
Elvin Balacanov
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri
Araşdırma sahələri: Kriminologiya, kibercinayətkarlıq, informasiya təhlükəsizliyi
Fərahim Hüseynzadə
BDU Hüquq fakültəsi korporativ hüquq və idarəetmə, elektron kommersiya hüququ üzrə müəllim
Araşdırma sahələri: Bank hüququ, informasiya texnologiyaları hüququ
Əsmər Əliyeva
BDU Hüquq fakültəsinin “Mülki proses və kommersiya hüququ” kafedrasının dosenti
Araşdırma sahələri: Maliyyə hüququ, vergi hüququ, gömrük hüququ
Ramil Qaçayev
“De Jure” hüquq firmasının həmtəsisçisi, Swansea Universitetinin hüquq üzrə doktorantı, Edinburq Universitetində doktorant araşdırmaçı
Araşdırma sahələri: Beynəlxalq investisiya hüququ, beynəlxalq əqli mülkiyyət hüququ
Elnur Kərimov
Yaponiyanın Kyuşu Universitetinin hüquq üzrə doktorantı
Araşdırma sahələri: Əqli mülkiyyət hüququ, informasiya texnologiyaları hüququ
Nəcibə Rəfizadə
“MEDILEX” hüquq şirkətinin təsisçisi, “International Journal of Law and Society” jurnalında elmi rəyçi
Araşdırma sahələri: Tibb hüququ, miqrasiya hüququ, insan hüquqları
Xarici tərəfdaşlar
Ivan Allegranti
İtaliyanın Camerino Universitetinin mülki hüquq üzrə fəlsəfə doktoru
Araşdırma Sahələri: Mülki hüquq, enerji hüququ, əqli mülkiyyət hüququ, moda hüququ