Bağlamaq üçün ESC-i vurun

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti

Araşdırma Layihəsi

Iustitia est honore, dignitate, et veritatis.

Layihənin məqsədi nədir?

Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan və azərbaycanlı hüquq tələbələrinin hüquqi araşdırma bacarıqlarının inkişafına şərait yaratmaq məqsədi daşıyan layihədir.

İstiqamətlər

Hüquqi araşdırma və təhlilin nəticələrini iddia, yenilik, qeyri-aşkarlıq, aydınlıq və məntiqilik kriteriyaları əsasında yazıda əks etdirmək hüquqi yazının əsasını təşkil edir. Həmçinin hüquqi yazı informasiyanı oxucuya sadə, məntiqi və əsaslandırılmış şəkildə düzgün çatdırmalıdır. Bu baxımdan hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirmək Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının əsas məqsədini təşkil edir.

Əsaslandırma və mübahisələndirmə hüquq peşəsinin əsas alətlərindəndir. İrəli sürülmüş hüquqi arqumentlərin məntiqilik prinsipinə uyğun olaraq əsaslandırılması, təhlili və qiymətləndirilməsini özündə ehtiva edir. Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrin məqsədləri sırasında tələbələrin hüquqi arqumentasiya bacarıqlarının inkişafına təkan vermək də vardır.

İşin faktiki halları əsasında tədqiqat sualının müəyyənləşdirilməsi və faktların müvafiq qaydada tövsif edilərək uyğun nəticənin əldə edilməsi hüquqi təhlilin əsasıdır. Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrdə ortaya qoyulan müxtəlif hüquqi problemlərin tələbələr tərəfindən həlli zamanı hüquqi təhlildən effektiv şəkildə istifadə olunur.

Hüquqi araşdırma hüquqi yazı prosesinin ilkin mərhələlərindən biri olub tədqiqat sualı ilə əlaqəli hüquq ədəbiyyatının araşdırılması, eləcə də müvafiq hüquq normasının seçilərək tətbiq edilməsi nəticəsində tədqiqat sualının cavablandırılmasıdır. Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi vasitəsilə tələbələr bu müstəvidə bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

Hüquqi araşdırma hüquqi yazı prosesinin ilkin mərhələlərindən biri olub tədqiqat sualı ilə əlaqəli hüquq ədəbiyyatının araşdırılması, eləcə də müvafiq hüquq normasının seçilərək tətbiq edilməsi nəticəsində tədqiqat sualının cavablandırılmasıdır. Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi vasitəsilə tələbələr bu müstəvidə bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

Xəbərlər

Yüklənir...

Yüklənir…

Yüklənir...

Yüklənir…

© 2014-2023 Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti.